Türkiyənin Şanlıurfa rayonunda məktəbli sabiq polis zabiti olan atasının avtomatı ilə məktəbə silahlı hücum erib, hücum nəticəsində 9 nəfər ölüb, 20 nəfər yaralanıb. Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi silahlı hücumun terror aktı olmadığını bildirib.
tezadlar.az CNN- Türk- ə istinadla bildirir ki, Türkiyədə məktəbə silahlı hücum edən həmin 8-ci sinif şagirdi sonra özünü də öldürüb.
Azərbaycan XİN Türkiyə xalqına bu faciə ilə bağlı başsağlığı verib.
A.Məmmədli







