Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Tezadlar.az xəbər verir ki, Türkiyənin Kahramanmaraş şəhərində baş verən məktəb hücumu ilə bağlı sarsıdıcı faktlar üzə çıxmağa davam edir. Daxili İşlər Nazirliyinin verdiyi son məlumata görə, hücum nəticəsində həyatını itirənlərin sayı 9-a yüksəlib, daha 13 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
İstintaq materiallarına görə, 14 yaşlı 8-ci sinif şagirdi olan hücumçunun məktəbə tam hazırlıqlı gəldiyi məlum olub:
Hücumçunun üzərində 5 ədəd odlu silah və 7 dolu daraq olub. O, məktəbdə birbaşa iki sinif otağını hədəf alaraq atəş açıb. Hadisəni törətdikdən sonra yeniyetmə özünə qəsd edərək həyatına son qoyub.
Cənazə Zirehli Avtomobillə Çıxarıldı
Hadisədən sonra məktəb binasında gərgin anlar yaşanıb. Özünə qəsd edən 14 yaşlı Aras Mersinlinin cənazəsi məktəbdən çıxarılarkən böyük izdiham yaranıb. Məktəb önündə gözləyən qəzəbli kütlə cənazənin aparılmasına mane olmağa çalışıb. Təhlükəsizlik qüvvələri hücumçunun nəşini zirehli polis avtomobili ilə kütlənin arasından güclüklə çıxararaq ərazidən uzaqlaşdıra bilib.
Rəsmi Açıqlama
Türkiyə Daxili İşlər Nazirliyi hadisə ilə bağlı genişmiqyaslı təhqiqatın davam etdiyini, yaralıların vəziyyətinin nəzarətdə saxlanıldığını bildirib.
Səbinə Bağırova