Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
17 Aprel 2026 / 11:07

Türkiyə məktəblərində qətl törədən şagirdlər: ONLARI BİRLƏŞDİRƏN ŞOK SƏBƏB

…Bəlkə də dünya mediasında diqqətdə saxlanılan və Türkiyənin Şanlıurfa, həmçinin Kahramanmaraş şəhərlərində ard-arda baş verən məktəb hücumları ölkəni yasa boğub. Tezadlar.az Türkiyənin “Sabah” qəzetinə istinadla xəbər verir ki, hər iki faciəvi hadisə nəticəsində ümumilikdə 1 müəllim və 8 şagird həyatını itirib, 33 nəfər isə yaralanıb.

Cinayətkarlarla bağlı aparılan araşdırmalar zamanı diqqətçəkən bir oxşarlıq da üzə çıxıb. Hər iki şəxsin uzun saatlar boyu eyni kompüter oyununu oynadığı müəyyən edilib.

Hüquq-mühafizə orqanlarının apardığı təhqiqat nəticəsində məlum olub ki, hər iki cinayətkar uzun müddət şiddət tərkibli “PUBG” oyununun aludəçisi olub. Mütəxəssislər bu növ oyunların xüsusilə azyaşlılar tərəfindən nəzarətsiz oynanılmasının böyük risk daşıdığını bildirirlər.

Xatırladaq ki, çərşənbə axşamı Şanlıurfada baş verən hadisədən qısa müddət sonra bənzər dəhşət Kahramanmaraşdakı bir orta məktəbdə yaşanıb. Aprelin 14-də Şanlıurfanın Siverek rayonundakı Ahmet Koyuncu Peşə və Texniki Anadolu Liseyində törədilən silahlı hücumda 4-ü müəllim olmaqla, 16 nəfər yaralanıb. Bu hadisədən cəmi 24 saat sonra Kahramanmaraşın Onikişubat rayonunda yerləşən Ayser Çalık Orta məktəbində də qanlı qətliam törədilib. Məktəbin 8-ci sinif şagirdi İsa Aras Mersinli təqaüddə olan polis rəisi atasının 5 silahı və 7 sandıqçası ilə məktəbə gələrək atəş açıb. İki sinfi hədəf alan hücumda riyaziyyat müəllimi Ayla Kara və 8 şagird həlak olub, 17 nəfər yaralanıb.

Valideynlər, uşaqlarınızı bu tip vərdişlərdən və aludəçilikdən qoruyun!

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!