Əsas məzmuna keç

Avropada yanacaq böhranı başladı: Reyslər ləğv olunur və…

Avropada mövcud aviasiya yanacağı ehtiyatları təxminən altı həftəyə kifayət edəcək”. Tezadlar.az xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (BEA) rəhbəri Fatih Birol “Associated Press” (AP) agentliyinə müsahibəsində deyib. F.Birolun fikrincə, İrandakı müharibə və Hörmüz boğazının blokadası nəticəsində pozulmuş tədarüklər yaxın vaxtlarda bərpa olunmasa, aviaşirkətlər tezliklə reysləri ləğv etməyə başlayacaqlar.

BEA rəhbəri bəyan edib ki, dünya indiyə qədər qarşılaşdığımız ən böyük enerji böhranını yaşayır. F.Birol hesab edir ki, aviasiya yanacağı ilə bağlı problemlərdən başqa, İran ətrafındakı hadisələr benzin və elektrik enerjisinin qiymətlərinin daha da yüksəlməsinə səbəb olacaq.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…