17 Aprel 2026 / 16:35

Bu Karapetyan nə qiymətli adammış – 10 milyon dollara azadlığa buraxıldı

Rusiyalı iş adamı və Güclü Ermənistan partiyasının lideri Samvel Karapetyan misli görünməmiş 10 milyon dollardan çox girov müqabilində azadlığa buraxılıb.

Tezadlar.az xəbər verir ki, bu barədə iş adamının vəkili Aram Vardevanyan bu gün – 17 apreldə keçirilən məhkəmə iclasında bildirib.

“Girov məbləği Ermənistan tarixində görünməmiş həddədir – dörd milyard dram (təxminən 10,6 milyon dollar – RED.)”.

15 apreldə Samvel Karapetyan Ermənistan vətəndaşlığı istisna olmaqla, bütün vətəndaşlıqlardan imtina prosesinə başladığını açıqlayıb. İş adamı qərarını 7 iyunda keçiriləcək Ermənistan parlament seçkilərində iştirakı və qələbəsinə inamla izah edib.

11 apreldə Karapetyan ölkəyə xidmət etməyə diqqət yetirmək üçün biznesinin nəzarətini uşaqlarına ötürdüyünü açıqlayıb. Ev dustaqlığında olarkən qeydə alınan videomüraciətdə iş adamı siyasi fəaliyyətlə məşğul olmaq planlarını vurğulayıb.

Qeyd edək ki, 17 iyun 2025-ci ildə Samvel Karapetyan dövlət çevrilişinə çağırış etdiyinə görə həbs edilib. Hər şey onun Baş nazir Nikol Paşinyan tərəfindən tənqid edildikdən sonra Erməni Apostol Kilsəsini dəstəkləməsindən sonra başlayıb.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!