Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Nəhayət, İran ABŞ- ın təzyiq və təıəblərinə uyğun olaraq Hörmüz boğazını açıb. Tezadlar.az Haber- Türk-ə istinadla xəbər verir ki, bu barədə İran xarici işlər naziri Abbas Əraqçi “X”də bildirib. Nazir qeyd edib ki, Livandakı atəşkəsə uyğun olaraq, bütün ticarət gəmilərininHörmüz boğazından keçidi atəşkəs müddəti ərzində tam açıq elan olunur. Sitat: “Bu, İran islam Respublikasının Liman və Dənizçilik Təşkilatının bəyan etdiyi koordinasiya edilmiş marşrutla baş tutacaq”.
Tramp bildirib ki, İran uranı verməyə razıdır… Ardınca isə Hörmüz boğazındakı təhlükə aradan qaldırıldı- tamkerlərə keçmək icazəsi verildi.
Sual olunur: bunlar baş verəcəkdisə, əvvəldən real vəziyyəti və Trampın ərköyünlüyünü nəzərə alıb bunları dostcasına etmək olmazdımı?
A.Məmmədli