Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Xəbər verdiyimiz kimi, bu gün Türkiyənin Antalya şəhərində 5-ci Antalya Diplomatiya Forumunun açılış mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər.
Tədbirdə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Prezident İlham Əliyev və digər ölkələrin rəhbərləri çıxış ediblər.
Qeyd edək ki, bu dəfəki Beşinci Forumun mövzusu “Gələcəyi planlaşdırarkən qeyri-müəyyənliklərin öhdəsindən gəlmək” riskləri və imkanları müəyyənləşdirməyi, strategiyalar hazırlamağı və əldə olunan razılaşmaları əməli addımlara çevirməyi tələb edir… Və forumda 150-dən çox ölkədən 22 dövlət və hökumət başçısı, 14 dövlət və hökumət başçısının müavini, 39-u xarici işlər naziri olmaqla 50-dən artıq nazir, həmçinin 75-i beynəlxalq təşkilatların nümayəndəsi olmaqla ümumilikdə 500-dən çox yüksəksəviyyəli şəxs iştirak edir.
Ən maraqlı və diqqət çəkən bir məqam: Forumda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan Prezidenti İlham Əliyev və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin birgə görüşü olmuşdur. Üç qardaş ölkə rəhbərlərinin bu görüşünü tarixləşdirən fotoşəkli dünya mediasında xüsusi diqqət çəkib.
Aşağıda təqdim edirik: