Əsas məzmuna keç

Hizbullahın tərksilahı əsas məqsəd olaraq qalır

edd a c a effbc

İsrailin müdafiə naziri İsrael Kats bildirib ki, İsrail Müdafiə Ordusu radikal “Hizbullah” qruplaşmasına qarşı quru əməliyyatı zamanı ələ keçirdiyi Livanın cənubundakı əraziləri nəzarətdə saxlamağa davam edəcək.

Tezadlar.az xəbər verir ki, bu barədə “Ynet” portalı məlumat yayıb.

“Müəyyən etdiyimiz məqsəd – “Hizbullah”ın tərksilah edilməsi – əməliyyatımızın əsas vəzifəsi olaraq qalır”, – o bildirib.

Kats qeyd edib ki, Litani çayından başlayan təhlükəsizlik zonası hələ də qruplaşma yaraqlılarından təmizlənməyib və bütün mümkün vasitələrlə onun tərksilah edilməsini təmin etməyə çağırıb.

“Bu, ya siyasi yolla, ya da atəşkəs rejiminin başa çatmasından sonra İsrail Müdafiə Ordusunun hərbi əməliyyatlarını davam etdirməsi vasitəsilə həyata keçirilməlidir”, – deyə nazir fikrini yekunlaşdırıb.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…