Əsas məzmuna keç

Bu gün görkəmli muğam ustası Məcid Behbudovun dünyaya gəldiyi gündür

mecid behbudov reshideyle
Bu gün görkəmli muğam ustası, muğamlarımızın mahir bilicisi və ifaçısı, Şuşalı Məcid Behbudalı oğlu Behbudovun doğum günüdür.
Bu barədə sənətkarın nəvəsi – Xalq artisti Rəşid Behbudovun qızı Azərbaycanın Əməkdar artisti Rəşidə Rəşid (Behbudova) sosial media hesabında paylaşım edib.
“1910-1920-ci illər ərzində Məcid Behbudovun ifasında dünyanın məşhur qramafon şirkətkəri tərəfindən 100-lərlə val buraxılaraq muğamlarımızın, xalq mahnılarının qorunmasına böyük töhfə vermişlər.
Sənəti ilə yanaşı Məcid Behnudov Azərbaycan mədəniyyətinə bəxş etdiyi övladları ilə də müsrəsna xidmət göstərmişdir.
Böyük oğlu Ənvər Behbudov  – görkəmli rejissor, teatr xadimi, Rusiya Xalq artisti almış ilk Azərbaycanlı.
Qızı Nəcibə Behbudova  –  istedadlı teatr və kino aktyoru, Azərbaycanın əməkdar artisti.
Kiçik oğlu Rəşid Behbudov – Azərbaycan ifaçılıq sənətinin əfsanəvi zirvəsi”, – deyə o qeyd edib.
Y.Məmmədli
Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…