Bu gün görkəmli muğam ustası, muğamlarımızın mahir bilicisi və ifaçısı, Şuşalı Məcid Behbudalı oğlu Behbudovun doğum günüdür.
Bu barədə sənətkarın nəvəsi – Xalq artisti Rəşid Behbudovun qızı Azərbaycanın Əməkdar artisti Rəşidə Rəşid (Behbudova) sosial media hesabında paylaşım edib.
“1910-1920-ci illər ərzində Məcid Behbudovun ifasında dünyanın məşhur qramafon şirkətkəri tərəfindən 100-lərlə val buraxılaraq muğamlarımızın, xalq mahnılarının qorunmasına böyük töhfə vermişlər.
Sənəti ilə yanaşı Məcid Behnudov Azərbaycan mədəniyyətinə bəxş etdiyi övladları ilə də müsrəsna xidmət göstərmişdir.
Böyük oğlu Ənvər Behbudov – görkəmli rejissor, teatr xadimi, Rusiya Xalq artisti almış ilk Azərbaycanlı.
Qızı Nəcibə Behbudova – istedadlı teatr və kino aktyoru, Azərbaycanın əməkdar artisti.
Kiçik oğlu Rəşid Behbudov – Azərbaycan ifaçılıq sənətinin əfsanəvi zirvəsi”, – deyə o qeyd edib.
Y.Məmmədli