Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Sumqayıtda dəm qazından zəhərlənən uşaqların sonuncusu da evə buraxılıb.
Tezadlar.az xəbər verir ki, bu barədə trend-in sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki,vəziyyəti qənaətbəxş qiymətləndirilən azyaşlı aprelin 18-də ambulator müalicə üçün evə buraxılıb.
Qeyd edək ki, azyaşlı aprelin 4-də Sumqayıt Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Uşaq Xəstəxanasından Respublika Pediatriya Mərkəzinin nəzdindəki Ə.F. Qarayev adına Uşaq Klinik Xəstəxanasına təxliyə olunub. 2018-ci il təvəllüdlü (qadın cinsli) pasiyentə meninqoensefalit diaqnozu təyin olunub və zəruri tibbi yardım göstərilib.
Xatırladaq ki, aprelin 1-də Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi 70 ünvanında yaşayan ailənin altı üzvü dəm qazından zəhərlənib. Dəm qazından zəhərlənən altı uşaqdan biri aprelin 4-də xəstəxanada ölüb.
Zəhərlənən uşaqların atası ölən övladının dəfni zamanı “TikTok”da canlı yayım açıb. O, cənazə ilə canlı yayımı sosial şəbəkələrdə yaydığı üçün uşaqlar dövlət qurumları tərəfindən nəzarətə götürülüb.