Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Prezident Donald Tramp hədə ilə bildirib ki, İranla əldə olunacaq yeni razılaşma əvvəlki nüvə sazişindən xeyli üstün olacaq. Tezadlar.az xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə “Truth Social” hesabında yazıb. Onun sözlərinə görə, Barak Obama və Co Bayden dövründə imzalanmış və “İran nüvə sazişi” kimi tanınan razılaşma ABŞ-ın təhlükəsizliyi baxımından ən uğursuz razılaşmalardan biri olub. Tramp qeyd edib ki, həmin saziş faktiki olaraq İran üçün nüvə silahına aparan yolu açırdı, lakin hazırda üzərində işlədikləri razılaşma buna imkan verməyəcək. Tramp onu da deyib ki, əgər həmin razılaşmanı dayandırmasaydı, nüvə silahları İsrailə və ABŞ-ın Yaxın Şərqdəki hərbi bazalarına qarşı istifadə oluna bilərdi. ABŞ prezidenti, həmçinin bildirib ki, yeni razılaşma əldə olunarsa, bu, təkcə İsrail və Yaxın Şərq üçün deyil, həm də Avropa və bütün dünya üçün təhlükəsizlik və sabitlik təmin edəcək.
İran isə Trampın bu şərtlərini təslimçilik kimi qəbul edir!