21 Aprel 2026 / 10:27

Üzünə spirt tökülərək yandırılan uşağın vəziyyəti ağırdır-TƏCİLİ

Ötən gün 286 nömrəli məktəbdə sinif yoldaşı tərəfindən yandırılan şagirdin hazırki vəziyyəti açıqlanıb. TƏBİB-dən tezadlar.az-a verilən məlumata görə, məktəblinin vəziyyəti ağırdır. Sitat: “Dünən yanıq xəsarətləri ilə Nərimanov Tibb Mərkəzinin nəznində olan Yanıq Mərkəzinə hospitalizasiya olunan 2011-ci il təvəllüdlü yeniyetmənin (kişi) müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti ağır olaraq qiymətləndirilir”.

Qeyd: xatırladaq ki, bu hadisə dünən baş verib. Belə ki, 286 nömrəli tam orta ümumtəhsil məktəbinin X adlı IX sinif şagirdi  sinif yoldaşına xəsarət yetirib. Məsələ aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülüb və müvafiq araşdırmalara başlanılıb.

Təhsil Nazirliyi isə son vaxtlar məktəblərdə şagirdlərin güllələnməsi, yandırma, bıçaqlaşma və s. kimi hallara dair rəsmi açıqlama yaymır. Niyə? Məktəblərdə nə baş verir? Şagirdləri hövsələdən çıxaran evdir, məktəbdir, yoxsa TV-lər, mobil telefonlar???

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!