21 Aprel 2026 / 12:45

15 yaşlı qızının hamiləliyinin səbəbini qonşuda axtaran anaya sərt cavab-TƏƏSSÜF

Xəbər verdiyimiz kimi, Ucarda 15 yaşlı qız uşaq dünyaya gətirib… Qızın anası isə indi açıqlama verir ki, bəs qızın hamiləliyinin səbəbkarı qonşusudur… Anlamaq olmur ki, ana indiyədək qızının kimdən hamilə qaldığını bilmirmiş? Bilirsə, ictimailəşdirənədək aidiyyəti quruma, yaxud elə qonşusuna bu barədə məlumat verməliydi… Verməyib. Niyə? Bunu yəqinki aidiyyəti qurumlar dəqiqləşdirəcək.

Lakin sosial şəbəkə istifadəçisi Rahid Xələfli maraqlı status paylaşaraq anaya müraciət edir: “…Oğlan övladı ola-ola, daxili orqanlarımda dalağımın sağ küncünün sol istiqaməti ağrıyanda, günorta çəkdiyim siqaretin qoxusun axşam evə gələndə, köynəyimin qolunda 2 düymədən 1-i qırılanda… anamın xəbəri olur və evdə ( yaxşı mənada) 1 saat fövqəladə iclas təşkil olunur. Amma Ucarda 15 yaşlı uşaq 9 aydı bətnində özü kimi uşaq gəzdirir, ana vayında ehsanı paylanmışın, bundan xəbəri olmur. 4 ay 10 gün sonra hamilə olan qadının bətnindəki uşaq istər qarın şişməsi ilə, istər simadakı dəyişiklərlə hiss olunur. Bu ana deyilən məxluq öz evinin içində qızının hamilə olduğunu bilmir, bunu həkimlər 15 yaşlı uşağı doğuzdurandan sonra bilir??? Bu nə gedişatdı? Bu nə yaşayışdı? Bu nə psixologiyadı? Bu nə analıq hissidir?”.

Bəli, suallar çoxdur və getdikcə də çoxalır…

SƏBUHİ

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!