Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

2026-cı ildə Gürcüstanda 1560 azyaşlıya qarşı zorakılıq faktı aşkar edilib. Tezadlar.az xəbər verir ki, bu barədə Gürcüstan İnsan Alveri Qurbanlarına Dövlət Qayğı və Yardım Agentliyi məlumat yayıb. Agentliyin 2025-ci il üzrə statistikasına əsasən, qeydə alınan halların böyük hissəsi psixoloji və fiziki zorakılıqla bağlıdır. Məlumatda qeyd olunur ki, 329 uşaq fiziki zorakılığa, 594 uşaq psixoloji zorakılığa məruz qalıb. Cinsi zorakılıq halları 170 uşaqda qeydə alınıb.
Bundan başqa, 381 uşaq laqeydlik (nəzarətsizlik) hallarının qurbanı olub, 18 uşaq məcburetmə ilə üzləşib. İqtisadi zorakılıq 3 uşaqda, əmək istismarı və insan alveri 3 uşaqda, cinsi istismar və insan alveri isə 6 uşaqda qeydə alınıb. 56 halda isə zorakılığın digər formaları müəyyən edilib.