21 Aprel 2026 / 20:15

Xorvatiya Cənubi Qafqazda sülh prosesini dəstəkləməyə hazırdır

Xorvatiya Azərbaycan və Ermənistan arasında sülhün möhkəmləndirilməsinə yönəlmiş istənilən addımları dəstəkləməyə hazır olduğunu bildirib.

Bu barədə Tezadlar.az ın Avropa bürosuna Xorvatiyanın xarici və Avropa işləri naziri Qordan Grliç Radman Lüksemburqda Avropa İttifaqı (Aİ) ölkələrinin XİN başçılarının iclasının kuluarlarında bildirib.

“Biz Ermənistan və Azərbaycan arasında, bütövlükdə isə Cənubi Qafqazda sülh prosesinə töhfə verən istənilən addımı dəstəkləyəcəyik”, – o qeyd edib.

Nazirin sözlərinə görə, sülh yolu ilə nizamlanma məsələləri, eləcə də Azərbaycan və Ermənistanla qarşılıqlı fəaliyyətə yanaşmalar Aİ ölkələrinin xarici işlər nazirlərinin cari görüşünün gündəliyindəki əsas mövzular sırasındadır.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!