21 Aprel 2026 / 22:39

Sərnişin “28 May” stansiyasında qatar yoluna niyə düşdü?-ÖLDÜ

Bu gün-21.04.2026-cı il tarixində saat 20:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, “28 May” metrostansiyasından çağırış daxil olub. Bu barədə tezadlar.az-a TƏBİB-in mətbuat xidmətindən məlumat verilib. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 2004-cü il təvəllüdlü şəxsin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb.

Fakt üzrə araşdırma aparılır, sərnişinin qatar yoluna düşmə səbəbi araşdırılır.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!