Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İranın danışıqlar qrupunun bu gün Pakistana səfər etməyəcəyi qərarı barədə ABŞ-ı məlumatlandırdığı açıqlanıb.
Tezadlar.az xəbər verir ki, İranın “Tasnim” Xəbər Agentliyinin məlumatına görə, İran ABŞ-a danışıqlar üçün Pakistana nümayəndə heyəti göndərməyəcəyini bildirib.
Buna görə, İranın müxtəlif səbəblərdən çərşənbə günü danışıqların ikinci mərhələsi üçün Pakistanda olmamaq qərarı qətiləşib və bu qərar Pakistan vasitəsilə ABŞ-a çatdırılıb.
İran rəsmiləri əvvəllər atəşkəsin ilk gündən bəri davamlı olaraq pozulduğunu və ABŞ-ın Hörmüz boğazında tətbiq etdiyi dəniz blokadasının müharibə aktı olduğunu və eyni zamanda atəşkəsin pozulması olduğunu bildirmişdilər.
E.ŞİRİNOV