Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
22 Aprel 2026 / 07:36

Bu şirkət yanacağın bahalığına görə 20.000 uçuşu ləğv etdi-İNANILMAZ QƏRAR

ABŞ- İran qarşıdurması dünyanın yanacaq bazarında çaşqınlıq yaradıb. Belə ki, Almaniyanın “Lufthansa” şirkəti də körfəzdəki blokada və İran-İraq münaqişəsi səbəbindən reaktiv yanacaq qiymətlərinin əhəmiyyətli dərəcədə artması səbəbilə oktyabr ayına qədər 20 min qısa məsafəli uçuşun ləğv edildiyini açıqlayıb. Tezadlar.az xəbər verir ki, ötən həftə pilotların və bort heyətinin tətil etməsi səbəbilə yüzlərlə uçuşu ləğv edən və artan xərclər səbəblə törəmə şirkəti “Cityline”ın fəaliyyətini dayandırmaq qərarına gələn “Lufthansa”, daha bir radikal qərar qəbul edib. Mərkəzi Frankfurtda yerləşən şirkət tərəfindən yayımlanan açıqlamada, yanacaq qiymətlərinin ikiqat artması səbəbilə oktyabr ayının sonuna qədər 20 min qısa məsafəli uçuşun ləğv ediləcəyi bildirilib. Şirkət bu qərarın 40 min ton kerosinə qənaət edəcəyini açıqlayıb. Açıqlamada qərarların dərhal tətbiq olunduğu və nəticədə ilk gün 120 uçuşun ləğv edildiyi bildirilir.

ABŞ – İran danışıqları isə dalana dirənib, İran danışıqlardan tamamilə imtina etdi.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!