…NƏ QƏDƏR SÜLH BAĞLANACAQ DESƏK DƏ, ERMƏNİ ÖZ ÇİRKLİ XİSLƏTİNDƏN DÖNƏN DEYİL… Bunu onlar öz gündəlik qərəzli mətbuatlarında da təsdiq edirlər.
Bu günkü erməni mətbuatı “ürək ağrısı ilə” yazır: (1-ci ŞƏKİL) – “Azərbaycan işğal olunmuş Artsaxda 48 tunel və 447 körpü tikir.”
Azərbaycan işğal olunmuş Artsaxda ümumi uzunluğu təxminən 3878 km olan 68 yol layihəsi həyata keçirməyi planlaşdırır.
Hazırda ümumi uzunluğu 2432,8 km olan 38 layihə üzrə tikinti işləri davam etdirilir.
Layihəyə ümumi uzunluğu 71,2 km olan 48 tunelin tikintisi daxildir ki, bunlardan ümumi uzunluğu 13,6 km olan yeddi tunelin tikintisi artıq başa çatdırılıb.
Bundan əlavə, işğal altındakı Artsaxda ümumi uzunluğu 9581,6 metr olan 447 körpünün tikintisi planlaşdırılır ki, bunlardan ümumi uzunluğu 8839,1 metr olan 392 körpü artıq tikilib.
Layihəyə ümumi uzunluğu 3871 metr olan 16 körpünün tikintisi də daxildir ki, onlardan 1965 metr uzunluğunda doqquzu artıq istifadəyə verilib.
(2- ci ŞƏKİL) -“İşğal olunmuş Artsaxın Akna (yəni AĞDAM) şəhərinə təxminən 300 evsiz- eşiksiz azərbaycanlı köçürüldü.”
Azərbaycan Prezidenti İlham Əliyevin göstərişlərinə uyğun olaraq, evsiz qalan Azərbaycanlılar işğal olunmuş Artsaxa köçürülür.
Bu mərhələdə onlar “Akna” yəni AĞDAM şəhərinə göndərildilər.
Doxsan iki ailə, 332 nəfər ora göndərildi.
Qeyd olunur ki, ailələr əvvəllər müvəqqəti olaraq ölkənin müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda məskunlaşıblar.
ƏZİZ DOSTLAR, indi özünüz qiymət verin. Bu şərəfsizlər hələ də köhnə xülya ilə yaşamaqda davam edirlər.
Hələ bu azmış kimi, şəklini vermək istəmədiyim 3 cü məqalənin BAŞLIĞI isə belədir: – “Erməni Soyqırımının 111-ci ildönümünü qeyd edəcəyimiz ərəfədə , Azərbaycan Stepanakertdəki ( yəni XANKƏNDİdəki) Müqəddəs Məryəm Ana kilsəsini dağıtdı.”

İSMAYIL TANRIVERDİ
BDU-nun Erməni Araşdırmaları və Təlim Mərkəzinin direktoru