Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bu gün Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinin yataqxanasında yanğın baş verib. Bu barədə tezadlar.az-a FHN-in Mətbuat xidmətindən bildirilib. Məlumatda deyilir ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub. FHN qüvvələrinin çevik müdaxiləsi sayəsində üçmərtəbəli yataqxana binasının birinci mərtəbəsinin dəhlizində baş vermiş yanğın genişlənməsinə, o cümlədən binaya yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb. “Yanğın nəticəsində binanın dəhlizində yığılmış geyim əşyaları 5kv.m. sahədə, 1 ədəd plastikdən ibarət pəncərə çərçivəsi və dolab yanıb, 1 ədəd dolab və pilləkən qəfəsi 5kv.m. sahədə deformasiya edib. Yataqxana binası yanğından mühafizə olunub. Xəsarət alan olmayıb”, – məlumatda vurğulanıb.
Lakin yanğının hansı səbəbdən baş verməsi hələki bəlli deyil, dəqiqləşdirilir.
Səbuhi