Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


R.Məmmədovla söhbətimizdən o da bəlli oldu ki, araya süni dava salan şəxs, sən demə, əvvəllər həmin ailənin Qəbələdəki evlərinə xidmət etmişdir, sonradan isə onu bu işdən kənarlaşdırmışlar. Onun yerinə işə götürülən isə onun əmisi oğludur. Bu isə hər iki tərəf arasında münaqişəyə gətirib çıxarmışdır.
Məsələ ondadır ki, tərəflərdən biri bu adi mübahisə və ya münaqişəni şişirdərək özünü haqlı çıxarmaq üçün rayonun, qəsəbənin, sonra şəhidlərin, qazilərin adını hallandırmaqla yanlış hərəkətə yol vermişdir. Məsələyə artıq hüquq-mühafizə orqanları qarışmışdır.
R.Məmmədov ictimaiyyəti bu kimi hərəkətlərdən uzaq durmağa, real faktlara əsaslanmağa çağırmışdır: “Təəssüflər olsun ki, hələ də şəxsi intriqasını siyasiləşdirmək arzusunda olan və yanlış düşüncəyə söykənən insanlar vardır. Belələrinin hərəkəti ictimai qınağa məhkumdur!”
JASMİN