Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Adi bir insan üçün instinktiv davranış olan şey, yüksək zəkaya sahib insanlar üçün çətinliklər yaradır.
Tezadlar.az xarici mediaya istinadla məlumat verir ki, yüksək intellekt üstünlüklərinə baxmayaraq kifayət qədər problem də yarada bilər. Psixoloqlar bu problemlər arasında xüsusilə sosial izolyasiya hissini və münasibətlərdəki çətinlikləri qeyd edirlər.
Qeyd olunur ki, yüksək intellekt təkbaşına uğur və ya xoşbəxt həyat zəmanəti vermir.
Üstəlik, bəzi ekspertlər hesab edirlər ki, hədsiz yüksək intellekt səviyyəsi insanın cəmiyyətə uyğunlaşmasını çətinləşdirə bilər.
İntellektual təcrid və stimullaşdırma ehtiyacı
Klinik psixoloq, doktor Anjelika Şils qeyd edir ki, orta statistik insanın intellekt göstəricisi təxminən 100-dür. Adətən, ağıllı hesab edilən şəxslərin intellekt səviyyəsi bir qayda olaraq 120-dən yuxarıdır və onlar ümumilikdə digərlərindən çox da fərqlənmirlər.
Lakin intellekt səviyyəsi 120-ni keçənlərdə vəziyyət tamamilə başqadır.
Onlar tez-tez həyatdakı əksər şeylərdən intellektual stimullaşdırma və ilham ala bilmirlər ki, bu da onların psixoloji vəziyyətinin pisləşməsinə səbəb olur.
“Yüksək intellekti olan insanların çoxu depressiyadan əziyyət çəkir, psixoaktiv maddələrdən istifadə edir və ya münasibətiləri yoxdur”, – o bildirib.
Psixoloqun sözlərinə görə, belə insanlar çox vaxt özlərini ətrafdakılardan qopmuş hiss edir və başqaları tərəfindən başa düşülmürlər.
Sevda Rumi