Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Xəbər verdiyimiz kimi, iki gün əvvəl Bakıda sinif yoldaşının üzərinə spirt tökərək yandıran şagird saxlanılmışdı. Zərərçəkən isə ciddi yanıq xəsarəti aldığından vəziyyəti ağır olaraq qalmaqdadır. Bu gün məhkəmə sinif yoldaşına xəsarət yetirməyə görə saxlanılan şagirdin barəsində həbs qərarı verib. Belə ki, Yasamal Rayon Məhkəməsində istintaqın həmin şagirdlə bağlı təqdimatına baxılıb və yekun qərar qəbul edilib. Qərara əsasən, yeniyetmə barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd: aprelin 20-də 286 nömrəli tam orta ümumtəhsil məktəbinin IX sinif şagirdi sinif yoldaşına xəsarət yetirib. Hadisəni törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Məlumata görə, 2010-cu il təvəllüdlü yeniyetmə 2011-ci il təvəllüdlü şəxsin üzərinə spirt tökərək alışqanla yandırıb. Yeniyetmə yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir.