Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Qarabağ nəinki tikilir, qurulur, inkişaf etdirilir, həm də dünyaya ilkləri ilə təqdim olunur. Bu da fakt: Qarabağda ilk olaraq Laçın şəhərində inşa olunan kanat yolunun bu ilin sonuna qədər istifadəyə verilməsi planlaşdırılır. Tezadlar.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadla xəbər verir ki, kanat yolunun uzunluğu 1 720 metr, hündürülüyü isə 300 metrdir. Kanat yolu ilə hərəkətin müddəti 6 dəqiqə olacaq. Bundan başqa, Laçın şəhərindəki kanat yolunun 1 saat üçün sərnişindaşıma qabiliyyətinin 800 nəfər olacağı planlaşdırılır. Məlumata görə, bu məqsədlə ərazidə yaşıllıqların köçürülməsi, kanat yolunun dayaqlarının və terminal sahələrinin bünövrə işlərinin aparılması, eləcə də zəruri avadanlıqların çatdırılması istiqamətində intensiv işlər həyata keçirilir. Layihənin həyata keçirilməsi bölgədə turizm infrastrukturunun inkişafına və ziyarətçilər üçün yeni imkanların yaradılmasına töhfə verəcək.
Bu da daha bir ilk! Xeyirli olsun!
SƏBUHİ