23 Aprel 2026 / 17:24

SON DƏQİQƏ: Tramp Hörmüzdə “atəş aç” əmri verdi

Hörmüz boğazında gərginlik davam etdiyi üçün ABŞ prezidenti Tramp qayıqlara atəş açılacağını bildirib.

Tezadlar.az xəbər verir ki, qeyri-müəyyən müddətə atəşkəs elan edilməsinə baxmayaraq, İran və ABŞ arasında Hörmüz boğazında gərginlik davam edir.

ABŞ prezidenti Donald Tramp Hörmüz boğazı ilə bağlı Truth Social vasitəsilə mesaj verib.

Tramp ABŞ Hərbi Dəniz Qüvvələrinə boğazda qayıqlara atəş açılmasını və məhv edilməsini əmr etdiyini bildirib. Tramp həmçinin ABŞ-ın Hörmüz boğazında mina təmizləmə əməliyyatları apardığını qeyd edib.

Almaniya Hərbi Dəniz Qüvvələrinin Hörmüz boğazında mümkün mina təmizləmə əməliyyatına hazırlaşdığı da bildirilib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!