Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Çoxarvadlılıqla çoxövladlılıq bəzən ailə münaqişəsinə gətirib çıxarır. İndi belə bir münaqişəni İbrahim Tatlısəs yaşamaqdadır… Mülk və var-dövlətini övladları arasında bölməyərək dövlətə vəsiyyət edən Tatlısəs yenidən narahatlıq içərisindədir. Tezadlar.az Haber Türk-ə istinadla xəbər verir ki, iki gün əvvəl bunu öd kisəsi əməliyyatı keçirmiş türkiyəli müğənni İbrahim Tatlıses xəstəxanadan evə buraxılan zaman jurnalistlərin suallarını cavablandırarkən demişdi ki, bütün qazancını öz zəhməti ilə əldə edib və bu səbəbdən övladlarına heç bir mülk və ya məbləğ vəsiyyət etməyəcək: “Sərvətimi ailəm də daxil olmaqla heç kim üçün saxlamayacağam. Topladığım sərvəti dövlətə vəsiyyət etmişəm. Qazancımı öz zəhmətimlə əldə etmişəm”.
Lakin indi məlum olur ki, övladlarından biri onu məhkəməyə verib, payına düşən əmlakı tələb edir: “Biz bu evdə böyümüşük, ona qulluq etmişik, o əmlakların yaradılmasında hüquqi payımız var…”.
Qeyd: İ.Tatlıses aprelin 11-də əməliyyat olunub. İ.Tatlısesin Bodrum və İzmirdə hotellər, villalar, mənzillər, kabab restoranları, televiziya kanalları və avtomobil parkları da daxil olmaqla, təxminən 850 milyon dollar dəyərində aktivləri olduğu da bildirilir.