24 Aprel 2026 / 09:38

Ev yandı – ailənin yeniyetmə oğlunu xilas etmək mümükün olmadı

Ağcabədi rayonunda baş verən dəhşətli yanğında bir nəfər həyatını itirib..

Tezadlar.az xəbər verir ki, hadisə rayonun Yuxarı Qiyamadınlı kəndində qeydə alınıb.

Məlumata görə, kənd sakini Hüseynova Mahirə Ocaqqulu qızına məxsus fərdi yaşayış evində baş verən yanğın zamanı evdə olan 12 yaşlı Şirinov İmaməddin Ayaz oğlu həyatını itirib.

Hadisə ilə bağlı FHN-dən verilən rəsmi məlumata görə, Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndində ümumi sahəsi 200 m² olan üçotaqlı evin və evə bitişik, sahəsi 117 m² olan talvarın yanar konstruksiyaları yanıb. Yanğının kəşfiyyatı zamanı 1 nəfərin meyiti aşkar edilib. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!