24 Aprel 2026 / 11:22

145 saylı məktəbdə nə baş verir?-ŞAGİRD ÖZÜNƏ XƏSARƏT YETİRİB VƏ…

Dünən Bakıda şagird məktəbdə özünə xəsarət yetirib. Tezadlar.az bildirir ki, hadisə dünən- aprelin 23-də 145 nömrəli tam orta məktəbdə baş verib. Məktəbin 7-ci sinif şagirdi olan bir qız məktəbin tualetində özünə kəsici alətlə xəsarətlər yetirib. Sinif yoldaşları bununla bağlı müəllimə və məktəb rəhbərliyinə məlumat verib… Şagirdi sakitləşdirərək ona ilkin yardım göstərilib. Məktəbdən də bildirilib ki, şagirdə dərhal ilkin tibbi yardım göstərilib, təcili tibbi yardım xidmətinə və valideynə məlumat verilib. Hazırda onun vəziyyəti kafidir. Məktəbli qızın özünə xəsarət yetirməsinin səbəbi də bəlli olub: sinif yoldaşları onu videoya çəkib paylaşacaqları ilə təhdid ediblər, o da bu addımı atıb.

Səbuhi

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!