Əsas məzmuna keç

Bakıda bu yollar təmirə bağlanır-SİYAHI

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən vətəndaşların rahat və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə həftəsonu paytaxtın 3 ünvanında təmir işləri aparılacaq. Bu barədə AAYDA-dan tezadlar.az-a məlumat verilib. Məlumata görə, təmir işləri Səməd Vurğun küçəsi (Salatın Əsgərova – Füzuli küçələri arası), Rəşid Behbudov küçəsi (28 May – Şəmsi Bədəlbəyli küçələri arası) və Heydər Əliyev prospektinin əsas və yan yolu (Müzəffər Nərimanov – Ələsgər Qayıbov küçələri arası, şəhər istiqamətində) ünvanlarında aparılacaq. Təmir işlərinə 24 aprel 2026-cı il saat 23:00-da başlanılacaq və 26 aprel 2026-cı il saat 07:00-dək yekunlaşdırılması planlaşdırılır. Rəşid Behbudov küçəsində təmir işlərinə artıq başlanılıb. Asfalt-beton örtüyünün yenilənməsi çərçivəsində qeyd olunan ünvanlarda işlərin mərhələlərinə uyğun olaraq nəqliyyat vasitələrinin hərəkəti qismən və tam məhdudlaşdırılacaq. Rəsmi xəbərdarlıq məlumatında deyilir: “Sürücülərdən xahiş olunur ki, qeyd olunan müddətdə həmin ərazilərdə sıxlığın yaranmaması üçün əvvəlcədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etsinlər”.

 

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…