Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ prezidenti baş verən insidentə münasibət bildirib. “Vaşinqtondakı Hilton oteldə Ağ Ev Müxbirləri Assosiasiyasının qəbulunda atəş açan şəxs çox güman ki, təkbaşına hərəkət edib” – deyən Donald Tramp mətbuat konfransında daha sonra deyib: “Atəş açan çox güman ki, təkbaşına hərəkət edib. Çox tezliklə bunu biləcəyik”. O, əlavə edib ki, həmin şəxs bir neçə silahla olduğunu da qeyd edib.
Tezadlar.az CNN- ə istinadla xatırladır ki, hadisə zamanı ABŞ Gizli Xidmətinin əməkdaşlarından biri vurulub, lakin zirehli geyimi onu ciddi xəsarətdən xilas edib. Sitat: “Zabitlərdən biri vurulub, lakin onu güllə keçirməyən jilet geyinməsi xilas edib. O, çox yaxın məsafədən çox güclü silahla vurulub, amma jileti işə yarayıb. Mən həmin zabitlə danışdım və o, əla vəziyyətdədir”.
Bəs atəş açan kimdir? O, mühafizəçilərin ən yaxın məsafəsinədək necə gəlib çıxıb? İndi bu sual prezident mühafizəsindəkiləri ciddi düşündürür.
A.Məmmədli