27 Aprel 2026 / 06:33

Azərbaycanlı vəkil İngiltərə və Uels Hüquq Cəmiyyətinin üzvü seçildi

Bu günlərdə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü İngiltərə və Uels Hüquq Cəmiyyətinin üzvü seçilib. Tezadlar.az Kollegiyanın portalına istinadla bildirir ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Hüseyn Əliyev İngiltərə və Uels Hüquq Cəmiyyətinin üzvü (solisitor) seçilib. Müvafiq qərar İngiltərə və Uels Hüquq Cəmiyyəti tərəfindən 23 aprel 2026-cı il tarixində qəbul olunub.

Qeyd: Hüseyn Əliyev 2007-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsini, 2009-cu ildə Girnə Amerikan Universitetində Biznesin təşkili ixtisası üzrə magistratura pilləsini bitirib. Daha sonra 2012-ci ildə ABŞ-nin Tuleyn Universitetində Muskie təqaüd proqramı çərçivəsində Beynəlxalq hüquq ixtisası üzrə magistr təhsilini fərqlənmə diplomu ilə başa vurub.
Uğurlar arzulayırıq! Vəkillərimizin beynəlxalq qurumlardakı üzvlüyü ilə Azərbaycanın bu sahədəki uğurları deməkdir.
Səbuhi
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!