27 Aprel 2026 / 20:00

Rayonlarda şimşək çaxacaq, bəzi yerlərə dolu düşəcək

Azərbaycanın rayonlarında aprelin 28-dən 30-u səhərədək bəzi yerlərdə hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Tezadlar.az-a verilən məlumata görə, ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!