4 May 2026 / 16:34

Vado Korovin yola salındı – “Space” TV Ayaz Mustafayevə həvalə olundu..

“Space” televiziyasına yeni baş direktor təyin edilib.

Tezadlar.az   xəbər verir ki, “Space” televiziyasının təsisçisinin qərarı ilə baş direktor vəzifəsinə Ayaz Mustafayev gətirilib.

Qeyd edək ki, “Space” TV-nin əvvəlki baş direktoru Vado Korovin istefa verərək vəzifəsindən ayrılıb. Bir müddət adı çəkilən kanalda yoxlama aparılmışdı. Onu da əlavə edək ki, ötən il ən çox xəbərdarlıq alıb yayımı dayandırılan SPACE TV olub

Xatırladaq ki, Ayaz Mustafayev əmək fəaliyyətinə 2009-cu ildə Xarici İşlər Nazirliyində başlayıb, Azərbaycanın Böyük Britaniyadakı səfirliyində müxtəlif vəzifələrində, daha sonra İTV və AZTV-nin London bürosunda çalışıb.

Son illərdə özəl sektorda və Təhsil Tələbə Krediti Fondunda rəhbər vəzifələrdə fəaliyyət göstərib. Ayaz Mustafayev Fondun İşəgötürənlərlə iş və İnnovativ layihələr şöbəsinə rəhbərlik edib. O, bu vəzifəyə 20224-cü ildə təyin edilmişdi.

(Şəkildə: Ayaz Mustafayev)

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!