Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“Space” televiziyasına yeni baş direktor təyin edilib.
Tezadlar.az xəbər verir ki, “Space” televiziyasının təsisçisinin qərarı ilə baş direktor vəzifəsinə Ayaz Mustafayev gətirilib.
Qeyd edək ki, “Space” TV-nin əvvəlki baş direktoru Vado Korovin istefa verərək vəzifəsindən ayrılıb. Bir müddət adı çəkilən kanalda yoxlama aparılmışdı. Onu da əlavə edək ki, ötən il ən çox xəbərdarlıq alıb yayımı dayandırılan SPACE TV olub
Xatırladaq ki, Ayaz Mustafayev əmək fəaliyyətinə 2009-cu ildə Xarici İşlər Nazirliyində başlayıb, Azərbaycanın Böyük Britaniyadakı səfirliyində müxtəlif vəzifələrində, daha sonra İTV və AZTV-nin London bürosunda çalışıb.
Son illərdə özəl sektorda və Təhsil Tələbə Krediti Fondunda rəhbər vəzifələrdə fəaliyyət göstərib. Ayaz Mustafayev Fondun İşəgötürənlərlə iş və İnnovativ layihələr şöbəsinə rəhbərlik edib. O, bu vəzifəyə 20224-cü ildə təyin edilmişdi.
(Şəkildə: Ayaz Mustafayev)