Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İranlılar Hörmüz boğazında gəmiləri müşayiət edən Amerika gəmilərinə hücum etsələr, “yer üzündən silinəcəklər”.
ABŞ prezidenti Donald Tramp bu təhdidi “Fox News”-a verdiyi müsahibədə bildirib.
Tezadlar.az xəbər verir ki, onun sözlərini “Fox News”nın jurnalisti Trey Yingst sosial mediada sitat gətirib.
Əvvəllər Tramp bütün İran sivilizasiyasını məhv etməklə hədələyib və onun heç vaxt dirçəldilməyəcəyini qeyd edib. Ağ Ev rəhbəri “dünyanın uzun və mürəkkəb tarixində ən vacib anlardan birinin” sonunun tezliklə gələcəyini bəyan edib. Bundan sonra o, əlavə edib ki, “47 illik şantaj, korrupsiya və ölüm nəhayət ki, sona çatacaq”.
Cavab olaraq İran qeyd edib ki, 14 milyon vətəndaş ölkəni müdafiə etməyə hazırdır və ABŞ “qırmızı xətləri” keçərsə, düşmənçilik regiondan kənara yayılacaq.
E.ŞİRİNOV