Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
5 May 2026 / 11:56

İNANILMAZ! Qarpızın içindən görün nə çıxdı? – VİDEO

Astara Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri kompleks əməliyyat-axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində xüsusilə külli miqdarda narkotik vasitə – həşiş aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

Tezadlar.az xəbər verir ki, DGK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin məlumatına görə, “Astara” gömrük postunda qarpız yükü aparan nəqliyyat vasitəsinə stasionar rentgen qurğusunda baxış keçirilib və yükdə şübhəli cizgilər müşahidə olunduğundan əsaslı yoxlamaya cəlb edilib.

Kinoloji xidmət itinin tətbiqi ilə aparılan yoxlama zamanı üzərləri qarpız yükü ilə örtülərək gömrük nəzarətindən gizlədilən 304 bağlamadan ümumi təmiz çəkisi 31 kiloqram 500, 907 qram xüsusilə külli miqdarda narkotik vasitə – həşiş aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

P.S. Yadıma Əbdürrəhim bəy Haqverdiyevin məşhur “Bomba” novellası düşdü…

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!