5 May 2026 / 12:38

Sabiq deputat Ağdamdakı ocağına dönüb: “Səhərlər azan səsinə oyanıram”

Azərbaycanın sabiq deputatı, Respublikanın Əməkdar Mədəniyyət işçisi  Çimnaz Əliyeva doğma ocağına- Ağdama dönüb. Çimnaz xanım Əliyeva bu xoş günün sevincini sosial media hesabında bölüşüb.

SİTAT: Əziz dostlar! Həyatımın ən önəmli arzusuna qovuşma sevincimi sizinlə bölüşmək istərdim: arzusunda olan hər kəsə bu sevinci yaşamaq nəsib olsun. Artıq iki aydan çoxdur ki, həsrətində olduğum cənnətim – Vətənim Ağdamımda yaşayıram. Səhərlər müqəddəs məscidimizdən ucalan azan səsi ilə oyanıb Ağdamın heç bir yerdə görə bilmədiyim, özünəməxsus rayihəli havasını udmaq həqiqətən böyük səadətdir. Allah bu günləri bizə yaşadan, bu günümüz üçün canından keçən şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin, Ali Baş Komandanımızı qorusun! Uca Allahımıza min şükür!”

JASMİN

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!