Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Azərbaycanın sabiq deputatı, Respublikanın Əməkdar Mədəniyyət işçisi Çimnaz Əliyeva doğma ocağına- Ağdama dönüb. Çimnaz xanım Əliyeva bu xoş günün sevincini sosial media hesabında bölüşüb.
SİTAT: “Əziz dostlar! Həyatımın ən önəmli arzusuna qovuşma sevincimi sizinlə bölüşmək istərdim: arzusunda olan hər kəsə bu sevinci yaşamaq nəsib olsun. Artıq iki aydan çoxdur ki, həsrətində olduğum cənnətim – Vətənim Ağdamımda yaşayıram. Səhərlər müqəddəs məscidimizdən ucalan azan səsi ilə oyanıb Ağdamın heç bir yerdə görə bilmədiyim, özünəməxsus rayihəli havasını udmaq həqiqətən böyük səadətdir. Allah bu günləri bizə yaşadan, bu günümüz üçün canından keçən şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin, Ali Baş Komandanımızı qorusun! Uca Allahımıza min şükür!”
JASMİN