Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
5 May 2026 / 13:59

Paşinyandan ermənilərə şad xəbər: “Azərbaycanla bütün yollar…”

Ermənistanın Baş naziri N.Paşinyan maraqlı çıxışı ilə diqqəti çəkib. Sitat: “…Azərbaycanla bir-birimiz üçün yolları tam açmağımız, eyni zamanda, Türkiyə ilə sərhədlərin açılması çox vacibdir və bunun baş verəcəyinə heç bir şübhəm yoxdur….”.  Tezadlar.az news.am-a istinadla xəbər verir ki, Paşinyan İrəvanda keçirilən Ermənistan-Aİ sammitinin yekunları ilə bağlı Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula von der Leyenlə birgə brifinqində belə deyib. O, deyib ki, kommunikasiyaların tam açılması insanların və yüklərin sərbəst hərəkəti, eləcə də ticarətin inkişafı baxımından vacibdir və bu baxımdan müvafiq sahələr üzrə əməkdaşlığa dair müqavilələrin bağlanması lazım gələcək. “Məsələn, nəqliyyat sahəsində biz artıq bu gün hər hansı ayrıca saziş olmadan əməkdaşlıq edirik. Əlbəttə ki, yolları bir-birimiz üçün tam açmağımız, eyni zamanda, Türkiyə ilə sərhədin açılması son dərəcə vacibdir. Bunun baş verəcəyinə isə mənim heç bir şübhəm yoxdur”.

Beləliklə, 44 günlük Vətən müharibəsindən sonra Ermənistanın nəinki bəxti açılır, həm də Türkiyə və Azərbaycanın qapıları ermənilərin üzünə açılır…

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!