Bakıdakı Mərkəzi Klinik Xəstəxanada unikal ürək köçürmə əməliyyatında daha bir uğurlu fakt. Əməliyyatı həyata keçirmiş tanınmış ürək cərrahı Kamran Musayev bu barədə özünün fb platformasında paylaşım edib.
Sitat: “Qafqaz regionunda ilk ürək transplantasiyası etdiyimiz xəstəmiz növbəti (6 aylıq) yoxlamadan keçdi. Şükürlər olsun ki, hər şey qaydasındadır.
Beləliklə, ürək transplantasiyasından sonrakı ən riskli dövr hesab edilən ilk 6 aylıq period geridə qaldı. Gənc pasientimizə uzun və sağlam bir ömür arzulayırıq!
Fürsətdən istifadə edərək, bütün insanlarımızı bir daha orqan bağışlanmasında aktiv iştirak etməyə dəvət edirəm. Unutmayaq ki, beyin ölümünün baş verdiyi hallarda bağışladığımız hər orqan başqa bir xəstənin həyata bağlanmasına səbəb olur!”.
Sağlam olanda sağlamlığınızın qədrini bilin ki, xəstə düşəndə onu əliçıraqlı axtarmayasınız.
A.Məmmədli