5 May 2026 / 21:25

Deputatın Londondakı 22 əmlakına və Lixtenşteyndəki şəxsi bank hesabına həbs qoyuldu- QƏRAR

Ölkə mediasında deputat Cavanşir Feyziyevin Böyük Britaniyadakı qalmaqallı məhkəməsi barədə məlumat yayımlayıb, lakin məhkəmə qərarında nələrin əks olunması haqda müfəssəl məlumat indiyədək məxfi saxlanılırdı… Araşdırmaçı jurnalist həmin məhkəmə qərarını əldə etdiyini şəxsi sosial şəbəkə hesabında yazıb. Tezadlar.az təqdim edir: “İngiltərə Ali Məhkəməsinin Milli Cinayət Agentliyinin iddası əsasında adaşım Cavanşir Feyziyevin dondurulmuş əmıakları ilə bağlı məhkəmə qərarını əldə etmişəm. Qərarda təkcə Londondakı “dondurulan” 22 əmlakdan söhbət getmir, məlum olur ki, Milli Məclis deputatının cırtdan dövlət sayılan Lixtenşteyndə yerləşən LGT bank hesabındakı vəsaiti də bloklanıb. Söhbət bir neçə milyon İsveçrə frankından gedir.  Bank hesabı hər hansı şirkətin və digər şəxsin yox, şəxsən Cavanşir Feyziyevin adınadır.  Bizim əjdahalar milyonları “cırtdanlar”a yedirdirlər. Kəmaləddin Heydərov Andorrada, Cavanşir Feyziyev Lixtenşteyndə…”.

Sitatın sonu.

Dəfələrlə yazmışıq ki, Azərbaycanda maliyyə aministiyası elan edilməlidir və bəzi məmur və statuslu- imtiyazlı şəxslərin xaricdəki vəsaitləri Azərbaycana qaytarılmalı, həmin vəsaitlər Azərbaycanda faydalı işə çevrilməli, Dövlət büdcəmizə xeyir verməlidir…

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!