Əsas məzmuna keç

Sumqayıtda yataqxanada baş verən yanğın

Sumqayıtda yataqxanada yanğın olub, 12 nəfər təxliyə edilib.

Tezadlar.az ın yerli bürosu məlumat verir ki, hadisə şəhərin 42-ci məhəlləsində yerləşən yataqxana binasında baş verib.

İlkin məlumata görə, əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və xüsusi texnikaları cəlb olunub.

Yanğın zamanı təhlükəsizlik məqsədilə 12 nəfər təxliyə edilib. Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alovun ətraf ərazilərə yayılmasının qarşısı alınıb.

Hadisənin başvermə səbəbləri araşdırılır. Faktla bağlı aidiyyəti qurumlar tərəfindən müvafiq tədbirlər görülür.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…