Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ötən gecə Ukrayna ordusu “Cənubi Rusiya Aeronaviqasiyası” filialının inzibati binasına dron zərbəsi endirib. Tezadlar.az “Komsomolskaya pravda”ya istinadla xəbər verir ki, bu barədə Rusiya Nəqliyyat Nazirliyi məlumat yayıb. Hücum nəticəsində Rusiyanın cənubunda 13 hava limanının fəaliyyəti dayandırılıb. “Həştərxan, Vladikavkaz, Volqoqrad, Gelencik, Qroznı, Krasnodar, Mahaçqala, Maqas, Mineralnıye Vodı, Nalçik, Soçi, Stavropol və Elista aeroportlarının fəaliyyəti müvəqqəti dayandırılıb”, – məlumatda deyilir. Bildirilib ki, hazırda mütəxəssislər avadanlıqların işlək vəziyyətini qiymətləndirir və uçuş cədvəllərində düzəlişlər aparırlar.
Müharibə isə davam edir…