9 May 2026 / 08:14

Ukrayna ilə Rusiya cəbhədə 3 günlük atəşkəs elan etdi!

Trampın işə qarışması bəhrəsini verib: ABŞ Prezidenti Donald Tramp Rusiya və Ukrayna arasında 9-11 may tarixlərini əhatə edən üç günlük atəşkəs barədə razılıq əldə olunduğunu bildirib. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla xəbər verir ki, Tramp bu barədə “Truth Social” platformasında paylaşım edib. O deyib ki, atəşkəs İkinci Dünya müharibəsində Qələbə Gününün qeyd olunması ilə əlaqədar tətbiq ediləcək. Tramp bildirib ki, razılaşma bütün hərbi əməliyyatların dayandırılmasını, həmçinin hər iki tərəfdən 1000 nəfərlik əsir mübadiləsini nəzərdə tutur. “Ümid edirəm ki, bu, çox uzun, ölümcül və ağır müharibənin sona çatmasının başlanğıcı olacaq”, – deyə Tramp vurğulayıb. ABŞ Prezidenti əlavə edib ki, tərəflər münaqişənin başa çatmasına hər gün bir qədər də yaxınlaşır.

Müharibə isə davam edir, hər iki ölkə dağıdıcı müharibədən böyük itkilər verir.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!