Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Avropa Birliyinin (AB) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas AB xarici işlər nazirlərinin Fələstin ərazilərini ələ keçirən və fələstinlilərə qarşı zorakılıq tətbiq edən israillilərə qarşı sanksiyalarla bağlı razılığa gəldiyini açıqlayıb.
Tezadlar.az xəbər verir ki, Kallas bu açıqlamanı Brüsseldə keçirilən AB xarici işlər nazirləri görüşü zamanı ABŞ-da yerləşən X şirkətinin sosial media hesabında paylaşaraq edib.
Kallas həmçinin qeyd edib ki, AB xarici işlər nazirləri HƏMAS-ın aparıcı şəxslərinə qarşı yeni sanksiyalarla bağlı razılığa gəliblər və bildiriblər ki, “nazirlər fələstinlilərə qarşı zorakılığa görə israilli köçkünlərə qarşı sanksiyaları təsdiqləyiblər”.
Kallas ekstremizm və zorakılığın nəticələrinin olduğunu vurğulayaraq, “dalanıq dövrdən konkret hərəkət dövrünə keçməyin vaxtıdır” deyə vurğulayıb.
E.ŞİRİNOV