Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən anbarda baş vermiş yanğının tam söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.
Tezadlar.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətindən məlumat verilib.
Yanğının söndürülməsi əməliyyatına Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə xidmətləri, Aviasiya dəstəsi və Bakı Regional Mərkəzinin ümumilikdə 182 nəfərdən ibarət şəxsi heyəti, 40 ədəd xüsusi təyinatlı texnikası və 2 helikopteri cəlb olunub.
Əlavə məlumat veriləcək.