13 May 2026 / 17:47

“Birmarket” yanğından sonra işini tam bərpa edib-SON DƏQİQƏ

Ötən gün Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən anbarda baş vermiş yanğın hadisəsindən sonra “Birmarket” platformasının işi artıq tam şəkildə bərpa olunub. Bu barədə şirkət məlumat yayıb. Sitat: “Hazırda müştərilərimiz platforma üzərindən istədikləri məhsulu rahatlıqla sifariş edə bilərlər… Cari sifarişlərin ünvanlara heç bir gecikmə olmadan çatdırılması üçünsə bütün imkanlarımızı səfərbər etmişik. Bizim üçün ən önəmli dəyər tərəfdaşlarımızın və müştərilərimizin bizə olan inamıdır. Hazırda dəyən ziyanın dəqiq qiymətləndirilməsi aparılır. Məhsullarını anbarımızda saxlayan bütün satıcılarımıza dəyən zərər sığorta mexanizmlərimiz çərçivəsində, tam şəkildə və operativ olaraq kompensasiya ediləcək. Heç bir partnyorumuz bu prosesdə tək qalmayacaq. Bununla yanaşı, hadisə səbəbindən sifarişi ləğv edilmək məcburiyyətində qalan müştərilərimizə tərəfimizdən xüsusi imtiyazlar təqdim ediləcək. Bu haqda həmin istifadəçilərə platforma daxilində fərdi bildirişlər göndəriləcək. Bu çətin anlarda bizə dəstək mesajları göndərərək həmrəylik nümayiş etdirən müştərilərimizə və tərəfdaşlarımıza təşəkkür edirik”.

SƏBUHİ

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!