Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
14 May 2026 / 15:25

“Barselona”nın ulduzu Yamal hədəfə alındı – Fələstin bayrağını daşıdığına görə

İsrailin müdafiə naziri Yisrael Katz çempionluq şənlikləri zamanı Fələstin bayrağını daşıdığına görə “Barselona”nın gənc ulduzu Lamine Yamalı hədəfə alıb.

Tezadlar.az xəbər verir ki, Kats ABŞ-da yerləşən X şirkətinin sosial media hesabında ispan dilində paylaşım edərək Yamalı Fələstin bayrağını daşıdığına görə tənqid edib.

İsrailli nazir Yamalın bayrağı daşımaqla “İsrailə qarşı nifrət qızışdırdığını” iddia edib.

Katz həmçinin Barselonanı “klub daxilində belə bir təxribata yer olmadığı” barədə bəyanat verməyə çağırıb.

18 yaşlı Barselona oyunçusu Yamal 11 mayda komandasının çempionluq şənlikləri zamanı Fələstin bayrağını daşıyıb.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!