Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Konqo Demokratik Respublikasının (KDR) şərqindəki İturi əyalətində Ebola halları qeydə alınıb.
Tezadlar.az xəbər verir ki, Afrika Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri (ACDC) 15 may tarixinə qədər İturi əyalətində Ebola virusu ilə əlaqəli 246 şübhəli hal və 65 ölüm hadisəsinin qeydə alındığını açıqlayıb.
Yoluxma halları Monqvalu və Rvampara bölgələrində cəmləşib, İturinin inzibati mərkəzi olan Buniada da şübhəli hallar qeydə alınıb.
Açıqlamada Kinşasadakı Milli Biotibbi Tədqiqat İnstitutu tərəfindən araşdırılan 20 nümunədən 13-də Ebola virusu aşkarlandığı və genetik testlərin davam etdiyi bildirilib.
Həmçinin qeyd edilib ki, sərhəddən keçən yoluxma riskini azaltmaq üçün İturidə, xüsusən də Uqanda və Cənubi Sudan sərhədlərinə yaxınlığı səbəbindən regional koordinasiya səyləri artırılıb.
Bu epidemiya 1976-cı ildən bəri ölkədə qeydə alınan 17-ci Ebola epidemiyasıdır.
Ebola Afrikada minlərlə insanın ölümünə səbəb olub
Hemorragik qızdırmanın bir növünə səbəb olan Ebola virusu ilk dəfə 1976-cı ildə Sudanın Nzara və Konqo Demokratik Respublikasının (KDR) Yambuku bölgələrində eyni vaxtda baş verən epidemiyalarla ortaya çıxmışdır. KDR-də epidemiya Ebola çayının yaxınlığındakı bir kənddə başladığı üçün xəstəlik çayın adını daşıyırdı.
Ebola virusu 2013-cü ilin dekabr ayında Qərbi Afrikaya yayıldı. 2014-2017-ci illər arasında Qvineya, Liberiya və Syerra-Leonedə baş verən epidemiyada 30.000 insan yoluxmuş və onlardan 11.000-dən çoxu ölmüşdür.
E.ŞİRİNOV